Kolumbiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

2026/06/1782017080.jpg
Oxunub: 191     04:57     21 İyun 2026    
Kolumbiyada prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ordu.az-ın "İnterfaks"a istinadən məlumatına görə, seçki məntəqələri yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə saat 17:00) açılacaq və saat 16:00-a qədər (22 iyun, Bakı vaxtı ilə saat 01:00) açıq qalacaq.

İfrat sağçı iş adamı Abelardo de la Espriella və hakim solçu "Tarixi Pakt" Partiyasının namizədi İvan Sepeda ölkənin ən yüksək vəzifəsi uğrunda yarışın həlledici mərhələsində iştirak edəcəklər. Onlar birinci turda müvafiq olaraq 43,63% və 41,17% səs toplayıblar.

Prezident seçkilərinin qalibi səslərin 50 %-dən çoxunu toplayan namizəd olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya   Seçki  


Bizi "telegram"da izləyin