Vuçiç: "Serb və bosniyalılar üçün ən yaxşı yol əməkdaşlıq, ən yaxın münasibətlərin qurulmasıdır"

2026/06/1780313604.jpg
Oxunub: 149     04:23     21 İyun 2026    
Serb və bosniya xalqları üçün ən yaxşı yol qarşılıqlı əməkdaşlıq, infrastruktur layihələrinin həyata keçirilməsi və ən yaxın münasibətlərin qurulmasıdır.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "Pink", "Informer" və "Prva" televiziyalarının birgə xüsusi yayımında bildirib.

Onun sözlərinə görə, Serbiya hər dəfə bosniyalılarla yaxınlaşmağa çalışanda bir sıra xarici xidmət orqanları prosesə müdaxilə edib və onlara xorvatların serblərdən daha yaxın olduğu fikrini aşılamağa çalışıblar:

"Srebrenitsa hadisələrinin 20-ci ildönümündə qurbanların xatirəsi önündə baş əymək üçün getmişdim. Lakin bəzi xarici qüvvələrin gördüyü çirkin işlər səbəbindən bu qəbul edilmədi. Hər dəfə bosniyalılarla yaxınlaşmaq istəyəndə eyni şey baş verib. Onlara daim xorvatların serblərdən daha yaxın və daha yaxşı olduğu deyilib. Həmişə serblərə qarşı mövqe formalaşdırılıb".

Vuçiç onu da diqqətə çatdırıb ki, bəzi qüvvələr ötən müddət ərzində ona və daha geniş mənada Serbiyaya hücumlar ediblər: "Bunu həm ölkə daxilindən, həm regiondan, həm də başqa tərəflərdən həyata keçirməyə cəhd göstərilib. Məqsəd isə ağıllı düşünən, serb maraqlarını rəhbər tutan, irəli gedən Serbiyanı dağıtmaq, onu 2012-ci ildən əvvəlki tənəzzül və uğursuzluq dövrünə qaytarmaq olub. Formal olaraq buna nail ola bilmədilər, çünki vətəndaşlar imkan vermədilər. Amma müəyyən zərərlər vurmağa müvəffəq oldular".

ABŞ ilə münasibətlərdən danışan A.Vuçiç vurğulayıb ki, yaxın vaxtlarda Serbiya ilə ABŞ arasında strateji dialoqun başlanması gözlənilir və bu, mühüm hadisədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vuçiç   Serbiya  


Bizi "telegram"da izləyin