Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri Fransanın xarici işlər naziri Jan-Noel Barroya istinadən məlumat yayıb.
Məlumata görə, Fransa və Danimarka Trampın ilhaq etmək istədiyi Qrenlandiyaya qoşun göndərməyi müzakirə edir.
Fransanın “Sud” Radiosuna verdiyi müsahibədə Barro deyib ki, Fransa Danimarka ilə qoşun yerləşdirməyi müzakirə etməyə başlayıb.
“Danimarka kömək istəsə, Fransa orada olacaq. İstər şimal, istər cənub, istər şərq, istərsə də qərb, Avropanın sərhədləri suverendir. Heç kim bizim sərhədlərimizlə oynamağa cürət edə bilməz”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az