Ordu.az xəbər verir ki, Uraloğlu ilk yerli və milli müşahidə radarı olan Milli Müşahidə Radarı “Mode-S” SSR-nin (MGR) sınaq proseslərini uğurla tamamladığını qeyd edib.
Hazırlanan radarın bütün proseslərində türkiyəli mühəndislərin birbaşa iştirak etdiyini bildirən Uraloğlu sınaq mərhələlərini keçən radarı bu ilin ilk rübündə istifadəyə verməyi planlaşdırdıqlarını bildirib.
Sözügedən radar Türkiyə Dövlət Hava Limanları İdarəsi (DHMİ) və TÜBİTAK BİLGEM arasında əməkdaşlıq çərçivəsində hazırlanıb.
Uraloğlu inkişaf etdirilən radarın hava trafikinin idarə olunması proqramı ilə inteqrasiyada işləyəcəyini və Türkiyənin bütün 1 milyon kvadrat kilometrlik hava məkanının yerli, milli texnologiyalarla izlənəcəyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az