Ordu.az xəbər verir ki, dünyanın aparıcı müdafiə sənayesi təşkilatlarından biri olan “Makine ve Kimya Endüstrisi” (MKE) Türkiyə Silahlı Qüvvələrinin bu bölgədəki ehtiyacları üçün strateji materiallar istehsal edəcək.
İlk 18 ayda 2 milyard lirə sərmayə qoyulacağı və bunun həm ölkə, həm də bölgə iqtisadiyyatına böyük töhfə verəcəyi bildirilib.
Muş “Samsun Medya Grubu”na verdiyi açıqlamada uzun müddətdir baxımsız vəziyyətdə olan “Çarşamba Şeker” Zavodunun torpaq və daşınmaz əmlakının Milli Müdafiə Nazirliyinə verilməsinə rəsmi qərar verildiyini deyib.
Bu sahə müdafiə sənayesində mühüm əhəmiyyət kəsb edən istehsal mərkəzinə çevriləcək.
Sevinc Əliyeva
Ordu.az