Ordu.az xəbər verir ki, bu barədə Somali prezidenti Həsən Şeyx Mahmud Moqadişoda keçirilən tədbirdə məlumat verib.
O qeyd edib ki, layihə ölkə üçün məşğulluq və gəlirin yaradılmasına kömək edəcək.
“Bloomberg”in sentyabrda verdiyi məlumata görə, Somalinin Afrika qitəsinin şərq ucunda yerləşməsi onu məskunlaşan ərazilərə və digər ölkələrə dağıntı düşməsi riski olmadan Hind okeanına doğru sınaq həyata keçirmək üçün ideal edir.
Somalidəki obyekt Türkiyənin ənənəvi olaraq qlobal güclərin dominantlıq etdiyi kosmos yarışına qatılma ambisiyasını irəli aparacaq. Ölkənin bir neçə ildir ki, raket buraxmaq planları var.
Somali prezidenti layihənin yerini açıqlamayıb. Afrika ölkəsi illərlə davam edən klan müharibələrindən sonra yenidən qurularkən, Türkiyə Somali ilə əlaqələrini gücləndirən azsaylı xarici güclərdən biridir.
Sevinc Əliyeva
Ordu.az