Ötən gecə Rusiya səmalarında 84 PUA vurulub

2024/12/1734588529.jpg
Oxunub: 352     09:23     19 Dekabr 2024    
Ötən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri müxtəlif regionlarda Ukraynaya məxsus 84 pilotsuz uçuş aparatını (PUA) məhv ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, Rostov vilayəti ərazisi üzərində 36, Bryansk vilayəti üzərində 21, Belqorod vilayəti üzərində 14 pilotsuz uçan aparatı məhv edilib. Digərləri isə Voronej vilayəti, Kursk və Tambov vilayətlərinin, eləcə də Krasnodar diyarının səmasında zərərsizləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA  


Bizi "telegram"da izləyin