Ordu.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri terror təşkilatı PKK-ya zərbə endirməkdə davam edir.
Son olaraq Türkiyə Ordusunun hərbi qulluqçuları “Pençe-Kilit” əməliyyatı bölgəsində apardıqları axtarış və darama fəaliyyəti zamanı terrorçuların sığınacaq üçün istifadə etdiyi mağaranı aşkar ediblər.
Aşkar edilmiş mağarada çoxlu sayda silah, sursat və yaşayış materialları ələ keçirilərək, yararsız hala salınıb.
Aşkar edilmiş mağarada ələ keçirilən silah, sursat və yaşayış materialları aşağıdakılardır:
1 ədəd SA-16 “Igla” hava hücumundan müdafiə raketi,
2 ədəd AT-4 tank əleyhinə silah raketi,
1 ədəd “Konkurs” tank əleyhinə raketi,
1 ədəd RPG-7 qumbaraatanı,
1 ədəd tüfəng tipli qumbaraatan,
1 ədəd “Dragunov” snayper tüfəngi,
1 ədəd 7,62 mm-lik PKMS pulemyotu,
1 ədəd M-16 piyada tüfəngi,
2 ədəd AK-47 piyada tüfəngi,
1 ədəd ov tüfəngi,
1 ədəd tapança,
3 ədəd əl qumbarası,
Çoxlu sayda 7.62 mm-lik sursat və “Doçka” sursatı,
7 ədəd əldəqayırma partlayıcı qurğu,
1 ədəd “Konkurs” durbini və istiqamətləndirmə pultu,
1 ədəd PTZ kamerası,
2 ədəd RPG-7 qumbaraatan nişangahı,
3 ədəd silaha quraşdırılmış gündüz görmə nişangahı,
2 ədəd əl durbini,
2 ədəd anemometr/küləkölçən,
3 ədəd lazer məsafə ölçən,
2 ədəd lazer işarələyici,
8 ədəd “Yaesu” radiostansiyası,
1 ədəd kompas,
1 ədəd “GoPro” kamerası,
1 ədəd kamera və ştativ,
3 ədəd müxtəlif qəbuledici,
1 ədəd direl,
1 ədəd noutbuk,
1 ədəd televizor.
Sevinc Əliyeva
Ordu.az