Britaniyanın “Eurofighter” döyüş təyyarələri Ankaraya gəlib

2024/12/1734587795.jpg
Oxunub: 351     12:55     19 Dekabr 2024    
Böyük Britaniyanın “Eurofighter” döyüş təyyarələri Ankaraya gəlib.

Ordu.az xəbər verir ki, Qətərdə təlimə qatılan Britaniyanın “Eurofighter Typhoon” döyüş təyyarələri geri dönərkən, Ankaradakı “Murted” Aviabazası Komandanlığına eniş edib.

Müvafiq inkişaf Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “X” hesabında yer alan paylaşımda açıqlanıb. Paylaşımda aşağıdakı ifadələr yer alıb:

“Qətərdə təlimə qatılan Britaniyaya məxsus 2 ədəd “Eurofighter Typhoon” təyyarəsi geri dönərkən, Ankaradakı “Murted” Aviabazası Komandanlığımıza eniş edib. Hərbi Hava Qüvvələrimiz tərəfindən yoxlanılmağa gələn təyyarələri Britaniyanın müdafiə tədarükü və sənayesi üzrə dövlət naziri Mariya İql, Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu, nazir müavini Şuay Alpay və növbətçi hərbi personalımız qarşılayıblar”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Eurofighter   Ankara  


Bizi "telegram"da izləyin