Blinken: İran regional münaqişələrə deyil, daxili problemlərə diqqət etməlidir

2024/10/1729746019.jpg
Oxunub: 393     09:20     19 Dekabr 2024    
İran hakimiyyəti regional münaqişələrə deyil, daxili problemlərin həllinə və ölkənin inkişafına diqqət etməlidir.

Ordu.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Antoni Blinken Nyu-Yorkda keçirilən Beynəlxalq Münasibət Şurasında bildirib.

O, 2024-cü ilin islam respublikası üçün çətin olduğunu qeyd edərək, Tehran hakimiyyətinin regional münaqişələrə deyil, daxili inkişafa diqqət yönəltməsinin vacibliyi qeyd edib.

ABŞ-nin Rusiya, Şimali Koreya və İran kimi düşmənləri arasında artan ittifaqdan danışan Antoni Blinken bu birliyi “rahat evlilik” adlandırıb: “Ancaq bu, onları daha az təhlükəli etmir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   İran  


Bizi "telegram"da izləyin