London 2025-ci ildə Kiyevə 280 milyon dollardan çox silah tədarük edəcək

2024/12/1734584361.jpg
Oxunub: 361     08:50     19 Dekabr 2024    
Böyük Britaniya 2025-ci ildə Ukraynaya əlavə çoxmilyonluq hərbi yardım paketi göndərəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti Kiyevə səfər edən Britaniyanın müdafiə naziri Con Hiliyə istinadən yazıb.

Nazirin sözlərinə görə, söhbət “225 milyon funt sterlinq (təxminən 284 milyon dollar) məbləğində yeni paketdən” gedir.

Nəşr qeyd edib ki, ukraynalı həmkarı Rustem Umerovla görüşən Hili bildirib ki, London Kiyevə daha çox hava hücumundan müdafiə və elektron mübarizə vasitələri, həmçinin pilotsuz uçuş aparatları və ölkənin hərbi-dəniz qüvvələri üçün döyüş sursatı tədarük edəcək.

Elan edilmiş paket çərçivəsində Böyük Britaniya həmçinin “təlim təklifini genişləndirməyi” planlaşdırır.

Nəşrə görə, Britaniya naziri Ukraynanın dəstəklənməsinin prioritet istiqamətləri arasında “onun əsgərlərinin Britaniya hərbçiləri tərəfindən təlimi və sənaye əməkdaşlığının genişləndirilməsini” qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: London   Kiyev  


Bizi "telegram"da izləyin