Belçika Kiyevə vəd edilmiş F-16-ları vaxtında çatdıra bilməyəcək

2024/12/1734583913.jpg
Oxunub: 392     06:16     19 Dekabr 2024    
Belçika 2024-cü ilin sonuna qədər Ukraynaya F-16 qırıcılarının tədarükünə başlayacağı vədini yerinə yetirə bilməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Soir” nəşri məlumat yayıb.

“F-16 qırıcı-bombardmançılarının ilk tədarükü əvvəllər elan edildiyi kimi bu il baş tutmayacaq”, – yazıda qeyd olunub.

Məqalədə ölkənin müdafiə naziri Lüdivin Dedonderin ötən həftə Polşaya səfəri zamanı belə bəyanat verdiyi xatırladılıb.

O, tədarükün gecikmə səbəbini hazırlıqlı Ukrayna hərbi pilotlarının olmaması və ehtiyat hissələrinin çatışmazlığı ilə izah edib.

Nəşrin məlumatına görə, Belçika Hərbi Hava Qüvvələri üçün ABŞ-dən yeni F-35-lərin tədarükü cədvəlində əhəmiyyətli gecikmə baş verib. Bu təyyarələrin köhnəlmiş F-16-ları əvəz edəcəyi gözlənilirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Kiyev  


Bizi "telegram"da izləyin