Litva “Leopard” 2A8 və CV-90 sifarişləri verib

2024/12/1734517465.jpg
Oxunub: 379     10:23     19 Dekabr 2024    
Litva Almaniya istehsalı olan “Leopard” 2A8 əsas döyüş tanklarının və İsveç istehsalı olan CV-90 piyada döyüş maşınlarının alınmasını rəsmən təsdiqlədiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, bu əhəmiyyətli sərmayə artan təhlükəsizlik təhdidləri qarşısında ölkənin silahlı qüvvələrinin modernləşdirilməsi üzrə daha geniş səylərin bir hissəsidir.

Qərar Litva Dövlət Müdafiə Şurasının (VGT) iclasından sonra elan edilib. Bu qabaqcıl hərbi maşınların alınmasının Litvanın müdafiə qabiliyyətini gücləndirəcəyi və potensial hücumların qarşısını alacağı gözlənilir.

Məlumata görə, Litva hökuməti 44 “Leopard 2” tankının alınması planlarını təsdiqləyib və bunu ölkə tarixində ən böyük müdafiə tədarükü layihəsi kimi xarakterizə edib.

Müdafiə naziri Dovile Şakaliene sənədləri Berlində Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüş zamanı imzalayıb. Verilən bəyanatda xərclər və çatdırılma tarixləri açıqlanmasa da, Şakaliene “Baltic News Service”ə verdiyi açıqlamada hədəfin 2030-cu ilə qədər tanklara sahib olmaq olduğunu deyib.

Qeyd edək ki, Rusiya və Belarusun qonşusu olan Litva Ukraynaya müdaxilədən sonra artan təhlükəsizlik narahatlıqları ilə üzləşib. Tırtıllı piyada döyüş maşınları ilə Litva Silahlı Qüvvələrinin 2 taborunu təchiz etmək planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Leopard   MN  


Bizi "telegram"da izləyin