Çin “Guovang” bürcü şəbəkəsinin bir hissəsini təşkil etmək üçün ilk internet peyklərini buraxıb

2024/12/1734424030.jpg
Oxunub: 408     14:06     19 Dekabr 2024    
Çin Aşağı Yer Orbitində qurduğu “Guovang” bürcü peyk şəbəkəsinin bir hissəsini təşkil edəcək ilk peyk qrupunu kosmosa göndərib.

Ordu.az xəbər verir ki, peyklər Haynan adasındakı “Vınçang” Kosmik Mərkəzindən “Yüencıng-2” başlığını daşıyan “Long March-5B” raketi ilə buraxılıb.

Peyklər orbitə buraxıldıqdan sonra Aşağı Yer Orbitində planlaşdırdıqları yerə yerləşib, buraxılış “Long March” raketləri ilə həyata keçirilən 552-ci uğurlu daşıma missiyası olub.

Adı Çincə “milli şəbəkə” mənasını verən “Guovang” ilk dəfə Çinin 2020-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqına (ITU) böyük bir bürc şəbəkəsi yaratmaq üçün müraciət etməsi ilə ortaya çıxıb.

Çinin ABŞ-nin “SpaceX” şirkətinin “Starlink” peyk şəbəkəsi ilə rəqabət aparan qlobal peyk internet şəbəkəsi qurmağı hədəflədiyi layihə 2021-ci ildə Dövlət Şurasının nəzdində qurulan Çin Peyk Şəbəkəsi Qrupu Şirkəti tərəfindən həyata keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Guovang  


Bizi "telegram"da izləyin