İsrail ordusu Livanın cənubunda “Hizbullah”a zərbələr endirib

2024/12/1733721049.jpg
Oxunub: 387     01:17     09 Dekabr 2024    
İsrail ordusu Livanın cənubunda “Hizbullah” təşkilatının silahlı birləşmələrinin üzvləri olan obyektlərə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu haqda ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələri, İsrail və Livan arasındakı atəşkəs razılaşmasını pozaraq Livanın cənubundakı silah anbarında fəaliyyət göstərən “Hizbullah” terrorçularına hücum edib. Bu terrorçular son aylarda İsrail ordusuna və vətəndaşlarımıza qarşı terror hücumları təşkil ediblər”, - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin