Zaxarova: "Reuters" Əsədin ölümü ilə bağlı saxta xəbəri təkzib etməlidir

2024/09/1726808159.jpg
Oxunub: 321     23:27     08 Dekabr 2024    
"Reuters" Əsədin ölümü ilə bağlı saxta xəbəri təkzib etməlidir.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Maraqlıdır, Əsədin ölümünü xəbər verən “Reuters“ agentliyi özünü təkzib edəcəkmi? Axı bu, Qərbin bu qədər canfəşanlıqla mübarizə apardığı feyklərin yayılmasıdır", - deyə Rusiya XİN sözçüsü "Telegram" kanalında yazıb.

Qeyd edək ki, "Reuters" agentliyi Bəşər Əsədin təyyarə qəzasında həlak olmasına dair məlumat yayıb.

Lakin dekabrın 8-də aşxam saatlarında TASS Kremldəki mənbəyə istinadən Bəşər Əsədin ailəsi ilə birlikdə Moskvada olduğunu və Rusiyanın ona siyasi sığınacaq verdiyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Reuters   Əsəd  


Bizi "telegram"da izləyin