Britaniyanın Baş naziri: Bəşər Əsədin hakimiyyətdən getməsini alqışlayırıq

2024/10/1728451725.jpg
Oxunub: 411     21:07     08 Dekabr 2024    
Suriyada son saatlarda və günlərdə baş verən hadisələr görünməmiş bir hadisədir və biz bölgədəki tərəfdaşlarımızla məsləhətləşir və vəziyyəti yaxından izləyirik.

Ordu.az xəbər verir ki, bunu Britaniyanın Baş naziri Keir Starmer yaydığı bəyanatda bildirib.

“Suriya xalqı Bəşar Əsədin hakimiyyəti altında çox uzun müddət əziyyət çəkib və onun hakimiyyətdən getməsini alqışlayırıq.

Hazırda diqqətimiz sülh və sabitliyin bərpa olunmasına yönəlib biz bütün tərəfləri mülki insanları qorumağa habelə yaxın saatlarda və günlərdə ən həssas təbəqələrə yardımın çatdırılmasın təmin etməyə çağırırıq” - deyə bəyanatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Əsəd  


Bizi "telegram"da izləyin