Türkiyə Rusiya və İranın Suriya ilə bağlı konstruktiv yanaşmasını yüksək qiymətləndirir - XİN

2023/09/1693759798.jpg
Oxunub: 519     15:04     08 Dekabr 2024    
Türkiyə Suriyada nizamlanma məsələlərində Rusiya və İranın konstruktiv yanaşmalarını yüksək qiymətləndirir.

Ordu.az-ın məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Dohada keçirilən mətbuat konfransında bildirib.

"Dünən Suriyanın gələcəyi üçün əhəmiyyətli bir gün idi. Astana formatında olan ölkələr - Türkiyə, Rusiya, İran son hadisələri müzakirə etmək üçün bir araya toplaşıb. Biz Rusiya və İranın konstruktiv yanaşmalarını yüksək qiymətləndiririk. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi də bizimlə idi. O da böyük töhfə verdi", - deyə o qeyd edib.

Nazir bildirib ki, Türkiyə Suriya məsələsində regional və beynəlxalq aktorlarla əməkdaşlığı davam etdirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Türkiyə  


Bizi "telegram"da izləyin