Suriya hökuməti silahlılardan təhlükəsizlik zəmanəti alıb - YENİLƏNİB

2024/12/1733558074.jpg
Oxunub: 640     11:47     08 Dekabr 2024    
Suriya hökuməti respublikada hakimiyyəti ələ keçirmiş silahlılardan təhlükəsizlik zəmanəti alıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin rabitə naziri İyad əl-Xatib “Al Arabiya” telekanalına bildirib.

“Hərbi Əməliyyatlar İdarəsindən zəmanət aldıq, silahlılar Dəməşqi nəzarətə götürdü – onlar hökumətin təhlükəsiz fəaliyyətini təmin edəcəyinə söz verib”, - deyə o bildirib.

Əl-Xətib vurğulayıb ki, Dəməşqdə qalan nazirlər xarici siyasət idarəsinin rəhbəri Bassam Sabbaqın harada olduğunu bilmirlər.

Rabitə nazirinin sözlərinə görə, hökumət üzvləri iki gün ərzində öz işlərinə qayıdacaqlar.

***

Suriya hökuməti silahlılardan təhlükəsizlik zəmanəti alıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın rabitə naziri məlumat verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Silahlılar  


Bizi "telegram"da izləyin