Suriyanın baş naziri silahlı liderlərlə danışıqlar apardığını açıqlayıb

2024/12/1733640075.jpg
Oxunub: 467     10:34     08 Dekabr 2024    
“Hökumət Suriya silahlılarının liderləri ilə danışıqlar aparır”.

Ordu.az xəbər verir ki, bu barədə Suriyanın baş naziri Əl-Ərəbiyyə televiziyasına deyib.

O bildirib ki, Əsədlə sonuncu əlaqə dekabrın 7-də axşam olub.

Suriyalı nazirlərin əksəriyyəti Dəməşqdə qalır. Suriya hökuməti Əsədin harada olduğunu bilmir.

Baş nazir bildirib ki, Suriya hökuməti Əsədin rəhbərlik etdiyi təhlükəsizlik xidmətləri ilə bağlı deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Baş-nazir  


Bizi "telegram"da izləyin