İsrail Suriyanın sərhəd bölgələrini qapalı hərbi zona elan edir

2024/12/1733376309.jpg
Oxunub: 516     10:28     08 Dekabr 2024    
İsrail Müdafiə Qüvvələri Suriyanın sərhəd bölgələrini qapalı hərbi zona elan edir.

Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yazır.

Qüds Suriya prezidenti Bəşər Əsədin qaçmasından sonra Suriyanın İsraillə həmsərhəd şəhərlərində rejimin sərtləşdirilməsini elan etmək niyyətindədir. Xüsusilə, dörd kənddə məktəbdə dərslər ləğv ediləcək. Qeyd olunur ki, İsrail mülki əhalinin, o cümlədən fermerlərin ölkəyə girişinin qarşısını almaq üçün Suriya ərazilərində nəzarət-buraxılış məntəqələri yerləşdirəcək.

Xatırladaq ki, qəzet bundan əvvəl İsrail Müdafiə Qüvvələrinə məxsus tankların Colan təpələrində sərhədi keçərək Suriyanın bufer zonasına daxil olduğunu yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya  


Bizi "telegram"da izləyin