Suriyanın baş naziri müxalifətlə əməkdaşlığa hazırdır

2024/11/1732956368.jpg
Oxunub: 477     10:04     08 Dekabr 2024    
Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali Dəməşqi tərk etmək fikrində olmadığını və müxalifətlə əməkdaşlığa hazır olduğunu bildirib.

Ordu.az-ın məlumatına görə, bu barədə Ərəb KİV-ləri xəbər verib.

"Biz suriyalıların seçdiyi istənilən hökumətlə əməkdaşlığa hazırıq", - deyə o qeyd edib.

Baş nazir dövlət qurumlarının fəaliyyətini təmin etmək istədiyini də bildirib.

"Hər kəsi rasional düşünməyə və ölkə haqqında düşünməyə çağırıram. Bu ölkəyə mənsub olan heç kəsə pislik etməyəcəklərini deyən müxalifətə əlimizi uzadırıq", - deyə o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Baş-nazir  


Bizi "telegram"da izləyin