Malayziya BRICS-in tərəfdaşı olmağa razılaşıb

2024/03/1710575671.jpg
Oxunub: 440     07:14     08 Dekabr 2024    
Malayziyanın Moskvadakı səfiri Çeonq Lun Lay ölkənin BRICS-in tərəfdaşı olmağa razılaşdığını açıqlayıb.

Bu barədə Ordu.az “TASS”a istinadən xəbər verir.

Diplomatın sözlərinə görə, ölkə hakimiyyəti noyabrın ortalarında rəsmi dəvət alıb.

“Biz BRICS-in sədri olan Rusiyaya cavab verdik ki, biz bu assosiasiyanın bir hissəsi olmağa razıyıq”.

Qeyd edək ki, hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BRICS   Malayziya  


Bizi "telegram"da izləyin