ABŞ Ukraynaya 1 milyard dollara yaxın hərbi yardım ayırıb

2024/11/1732769758.jpg
Oxunub: 444     02:46     08 Dekabr 2024    
Pentaqon Ukraynaya 988 milyon dollar dəyərində daha bir hərbi yardım paketi təqdim edib.

Ordu.az xəbər verir ki, vəsait Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində ayrılıb.

Yeni paketə HIMARS reaktiv yaylım atəş sistemləri, pilotsuz uçuş aparatları üçün döyüş sursatları, həmçinin artilleriya sistemlərinin, tankların və zirehli texnikanın texniki xidməti və modernləşdirilməsi üçün ehtiyat hissələri daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin