İraq Suriya ordusunun mindən çox əsgərini qəbul edib

2024/11/1730437422.jpg
Oxunub: 495     21:02     07 Dekabr 2024    
İraq sərhədi keçmək üçün icazə istəyən Suriya ordusunun mindən çox əsgərinin müraciətini müsbət cavablandırıb.

Ordu.az xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb.

Bildirilib ki, döyüşçülər Əl-Qaim sərhəd keçid məntəqəsindən daxil olublar. Onlara lazımi köməklik göstərilib.

Qeyd edək ki, dekabrın 4-dən etibarən Suriyada vəziyyət gərgindir. Bəzi məlumatlara görə, etirazçılar artıq paytaxt Dəməşqə yaxınlaşırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Suriya  


Bizi "telegram"da izləyin