Suriya Müdafiə Nazirliyi Dəməşqdən ordunun çıxarılması barədə məlumatları təkzib edir

2024/12/1733546237.jpg
Oxunub: 338     17:20     07 Dekabr 2024    
Suriya Müdafiə Nazirliyi Dəməşq və ətraf ərazilərdən hərbçilərin çıxarılması barədə məlumatları təkzib edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.

"Dəməşqin bütün rayonlarında mövcud olan silahlı qüvvələrimizin bölmələrinin çıxarılması barədə heç bir məlumat həqiqətəuyğun deyil", - bəyanatda qeyd olunub.

Daha əvvəl KİV Suriya Silahlı Qüvvələrinin paytaxtdan çıxarılması barədə məlumat vermişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Dəməşq  


Bizi "telegram"da izləyin