Ukrayna yeni “raket PUA-sı”nı təqdim edib

2024/12/1733569845.jpg
Oxunub: 488     15:18     07 Dekabr 2024    
Ukrayna 700 km (430 mil) uça bilən yeni yerli istehsal “raket Pilotsuz Uçuş Aparatı”nı (PUA) nümayiş etdirib.

Ordu.az xəbər verir ki, Ukrayna dilində cəhənnəm mənasını verən “Peklo” adlı PUA Rusiyanın dərinliklərinə hücum imkanlarını artırmağa çalışan Kiyevin təqdim etdiyi ikinci “raket PUA-sı”dır.

Ukraynanın dövlət silah istehsalçısı “Ukroboronprom” şirkətinin nümayəndəsi PUA-ların Silahlı Qüvvələrə rəsmən təhvil verildiyi mərasimdə jurnalistlərə bildirib ki, PUA-lar saatda 700 km sürət yığa bilir.

Başqa heç bir təfərrüat verilməyib və PUA-nın mənzili, yaxud sürəti ilə bağlı heç bir sübut təqdim edilməyib.

Ukrayna öz silah sənayesi ilə bağlı çox az detalı açıqlayır, çünki o, Moskvaya faydalı məlumat verməkdən çəkinir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   PUA  


Bizi "telegram"da izləyin