TBMM komitə sədri Ankaranın Suriyada baş verənlərlə əlaqədar əsas gözləntilərini açıqlayıb

2024/12/1733556076.jpg
Oxunub: 315     14:35     07 Dekabr 2024    
Suriyada baş verənlər bütün dünyanın gözü önündədir.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.

Fuat Oktay bildirib ki, 2013-cü ildən daxili savaş davam edir: “Astana prosesi ilə biz bu prosesə daxil olmuşduq. Daxili savaşın sakitləşməsi, köçün dayanması üçün Rusiya, İran və Türkiyə bu prosesə daxil olmuşdu. Əsəd hakimiyyəti Astana razılaşmasına uyğun olaraq yenidən münaqişənin başlamaması üçün lazım olan həssaslığı qorumadı. Münaqişələr və hücumlar artdı, Astana prosesi davam etdirilə bilməyəcəyi bir yola gəldi. Suriyada proseslərin necə nəticələnəcəyini heç kim bilmir. Terror təşkilatları baş verənləri fürsətə çevirir. Türkiyə olaraq biz buna əsla icazə verməyəcəyik. Köçü təkrar hərəkətləndirməyəcək, əskinə, Türkiyədəki suriyalıların da evinə dönə biləcəyi bir yol izləyirik. Ümid edirik ki, ən qısa zamanda orada bir sabitlik yaradılar. Görünən mənzərə Suriya hələ sülhdən uzaqdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fuat-Oktay   Suriya  


Bizi "telegram"da izləyin