Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin NATO Müttəfiq Hava Komandanlığının təşkil etdiyi Hücum Əleyhinə Hava Əməliyyatına 2 ədəd F-16 təyyarəsi ilə qatıldığını açıqlayıb.
Bildirilib ki, əməliyyat zamanı Türkiyə F-16-ları yanacaq dolduraraq missiya komandiri rolunu üzərinə götürüb.
Əməliyyat NATO Müttəfiq Hava Komandanlığının məsuliyyəti altında gücləndirilmiş sayıqlıq fəaliyyətləri çərçivəsində həyata keçirilib.
Əməliyyat zamanı Türkiyənin F-16 təyyarələri Fransa Hərbi Hava Qüvvələrinə məxsus MRTT-A330 təyyarəsindən yanacaq tədarükü həyata keçirib.
Müdafiə Nazirliyi bildirib ki, Türkiyə aviasiyası missiya komandiri rolunu uğurla yerinə yetirib və əməliyyatın digər elementləri ilə koordinasiyada işləyib.
Sevinc Əliyeva
Ordu.az