Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Sigma” televiziya kanalı ilk tədarükün çərşənbə axşamı günü edildiyini bildirib. Səlahiyyətlilər xəbərin təfərrüatlarını şərh etməkdən imtina ediblər.
“Barak” MX HHM sistemi Rusiya istehsalı olan köhnə “Tor M1”i tamamlayacaq və nəhayət onu əvəz edəcək.
Rusiya onilliklər ərzində Cənubi Kiprə hərbi texnikanın aparıcı tədarükçüsü idi, lakin Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxilə etməsindən sonra ixraca tam qadağa qoyulana qədər sövdələşmələr azalıb.
“Reuters”ə danışan yüksək səviyyəli Cənubi Kipr mənbəsi bu sanksiyaların ölkənin mövcud müdafiə sistemlərinin ehtiyat hissələri çatışmazlığından əziyyət çəkməsinə səbəb olduğunu və inkişaf etdirilməsinin mümkün olmadığını bildirib.
Sevinc Əliyeva
Ordu.az