Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Həftəlik mətbuat konfransında nazirliyin fikirlərini ifadə edən Aktürk deyib:
“Suriyanın Hələb bölgəsində müxalif qrupların başlatdığı fəaliyyətlər və bununla bağlı inkişaflar Suriyanın birliyi və ərazi bütövlüyü, terrorla mübarizəyə verdiyimiz əhəmiyyət və prioritet çərçivəsində yaxından izlənilir. Bölgədə sabitliyin qorunması üçün qoşunlarımız tərəfindən bütün lazımi tədbirlər görülür.
Regiondakı həmkarlarımızla sıx əməkdaşlıq və koordinasiya prosesin əvvəlindən davam edir. Son hadisələr və yaranan vəziyyət müxalifətin tələbləri və rejimin bunları nəzərə almaması səbəbindən uzun müddətdir həllini tapmayan və Suriyanın daxili dinamikasından irəli gələn problemlərdir. Bu kontekstdə Suriyanın şimalındakı əməliyyat bölgələrində əldə etdiyimiz razılaşmalara əməl etdiyimizi və həmsöhbətlərimizin də buna əməl etməsini gözlədiyimizi bir daha vurğulayırıq.
Suriyanın ərazi bütövlüyünü dəstəklədiyimizi qeyd edirik. Suriyanın ərazi bütövlüyü, suverenliyi və bölgəmizin təhlükəsizliyinə ciddi təhlükə yaradan PKK/YPG terror təşkilatının bölgədəki qeyri-sabitlikdən faydalanmasına imkan verməyəcəyik. Bölgədə fəaliyyət göstərən terror təşkilatlarına qarşı mübarizədə mövqeyimizin aydın olduğunu bir daha vurğulayırıq”.
Sevinc Əliyeva
Ordu.az