Yunanıstanda “Rafale” tədarükü planları dəyişib

2024/12/1733548768.jpg
Oxunub: 373     11:18     07 Dekabr 2024    
Yunanıstanın Fransadan əlavə 12 ədəd “Rafale” döyüş təyyarəsi alması planı yarımçıq qalıb.

Ordu.az xəbər verir ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Hərbi Hava Qüvvələrinin (HHQ) mövcud 24 ədəd “Dassault Rafale” döyüş təyyarəsinin parkın ehtiyaclarını qarşılamaq üçün kifayət etdiyini bildirib.

Yunanıstanın “Rafale” döyüş təyyarələri ilə bağlı yeni strategiyası ölkənin HHQ-sinin modernləşdirilməsi məqsədlərində kritik dəyişiklik deməkdir.

Daha əvvəl Fransadan alınmış və F3R standartına yüksəldilmiş “Rafale” parkına daha 10-12 təyyarənin əlavə edilməsi planlaşdırılırdı.

Ancaq Mitsotakis əlavə satınalma planlarının dayandırıldığını təsdiqləyib.

“24 ədəd var, bunların tamamilə yetərli olduğuna inanırıq”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Rafale  


Bizi "telegram"da izləyin