SMO Tel Rıfatda tunel təmizləmə işləri aparır - FOTOLAR

2024/12/1733548575.jpg
Oxunub: 415     17:14     07 Dekabr 2024    
Suriya Milli Ordusu (SMO) Tel Rıfatda terror təşkilatı PKK/YPG-nin geridə qoyduğu 10 kilometrlik tunel şəbəkəsində axtarış aparır.

Ordu.az xəbər verir ki, SMO-nun PKK/YPG-nin əlindən xilas etdiyi 10 kilometrlik tunel şəbəkəsi görüntülənib.


Tunel şəbəkəsi kəsişmələrə bölünür. Divarlardan terror təşkilatı PKK/YPG-nin parçalarının asıldığı görünür. Otaqlarda yerə səpələnmiş terrorçuların fotolarını görmək olar.

Təxminən 1 metr eni və 2 metr hündürlüyündə olan tunellərin sızma və qəfil hücum üçün istifadə edildiyi bildirilir.


Tel Rıfatda illərdir terrorçular tərəfindən zəbt edilən bir çox evin baxımsızlıq üzündən xarabalığa çevrildiyi də diqqət çəkir.

YPG/PKK Suriyada işğal altında saxladığı ərazilərində və xüsusilə sərhəd xəttinə yaxın ərazilərdə gizlənmək, sızmaq və qəfil hücumlar etmək məqsədilə tunellər inşa edir. Tunellər gizlənmə, hücum məqsədilə və ya anbar kimi istifadə olunur.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   SMO   Tel-Rıfat  


Bizi "telegram"da izləyin