Bu gün Qanada prezident və parlament seçkiləri keçiriləcək

2024/12/1733546687.jpg
Oxunub: 287     09:44     07 Dekabr 2024    
Bu gün Qana Respublikasında prezident və parlament seçkiləri keçiriləcək.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, ali dövlət vəzifəsi uğrunda 12 namizəd, o cümlədən üç qadın, parlamentdəki 275 yer uğrunda isə əsas siyasi qüvvələr: hakim Yeni Vətənpərvər Partiya (YVP) və müxalif “Milli Demokratik Konqres” (MDK) mübarizə aparır.

Analitiklərin ümumi rəyinə görə, prezidentlik uğrunda əsas mübarizə 2012-2017-ci illərdə bu vəzifəni tutmuş MDK-dan olan Con Dramani Mahama ilə hazırkı vitse-prezident Mahamudu Bavumia (YVP) arasında gedəcək. Agentlik vurğulayır ki, analitiklərin əksəriyyəti Mahamanı üstün tutur.

Qeyd edək ki, hazırkı seçkilər Qananın 1993-cü ildə mülki idarəetməyə qayıdışından sonra sayca doqquzuncudur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qana   Seçki  


Bizi "telegram"da izləyin