Bundestaqa Ukraynaya “Taurus” raketlərinin göndərilməsi ilə bağlı təklif göndərilib

2024/12/1733545472.jpg
Oxunub: 325     00:17     07 Dekabr 2024    
Almaniyanın Azad Demokratik Partiyası (FDP) Ukraynaya “Taurus” raketlərinin göndərilməsi ilə bağlı qətnaməni Bundestaqın müzakirəsinə təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə dekabrın 6-da Almaniya parlamentinin saytında məlumat verilib.

Partiyanın parlament fraksiyası federal hökuməti Rusiyanın hərbi-strateji hədəflərinə hücum etmək üçün Ukraynanı “Taurus” qanadlı raketləri ilə təmin etməyə çağırıb.

Partiyanın təqdim etdiyi sənəddə deyilir ki, Ukrayna Silahlı Qüvvələri lazım olan bütün silah və sursatlarla gecikdirilmədən və uçuş məsafəsi məhdudiyyəti olmadan təmin edilməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bundestaq   Ukrayna   Taurus  


Bizi "telegram"da izləyin