Livan Suriya ilə sərhəddə demək olar ki, bütün keçid məntəqələrini bağlayıb

2024/12/1733117001.jpg
Oxunub: 348     22:09     06 Dekabr 2024    
Livanın Baş Təhlükəsizlik Baş İdarəsi Suriya ilə sərhədlərdə demək olar ki, bütün keçid məntəqələrinin bağlandığını elan edib.

Ordu.az-ın məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Məlumata əsasən, Beyrut və Dəməşqi birləşdirən yolda yalnız "Əl-Məsnə" məntəqəsi istisna təşkil edib.

Nəzarət-keçid məntəqələrinin fəaliyyətinin bərpası vaxtı dəqiqləşdirilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   Suriya  


Bizi "telegram"da izləyin