İraq Suriyadakı vəziyyəti ilə bağlı beynəlxalq toplantı keçirmək niyyətindədir - XİN

2024/12/1733506556.jpg
Oxunub: 333     21:25     06 Dekabr 2024    
İraq Suriyadakı vəziyyəti müzakirə etmək üçün bir neçə ölkənin toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış edəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn İraqın paytaxtı Bağdadda suriyalı və iranlı həmkarları ilə birgə mətbuat konfransında deyib.

"Biz humanitar yardım göndərməklə Suriya xalqına dəstəyimizi vurğulayırıq və Bağdad Suriya məsələsini müzakirə etmək üçün bir sıra ölkələrin toplantısına ev sahibliyi etmək təşəbbüsü ilə çıxış edəcək", - deyə nazir bildirib.

F.cHüseyn həmçinin "Ərəb Dövlətləri Liqasının nazirlər səviyyəsində təcili çağırılmasını" istəyib və bildirib ki, Bağdad "Suriyadakı vəziyyətin həllinə nail olmaq üçün bütün diplomatik vasitələrdən istifadə edəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Suriya  


Bizi "telegram"da izləyin