KİV: İran Suriyadakı hərbi müşavirlərinin sayını artırır

2024/11/1730521993.jpg
Oxunub: 497     15:23     06 Dekabr 2024    
İran Suriyadakı hərbi müşavirlərinin sayını artırmaq və onları ora göndərmək üçün vacib addımlar atır.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli məmuru bildirib.

“Tehran Suriyada hərbi müşavirlərinin sayını artırmaq və qüvvələr yerləşdirmək üçün bütün lazımi tədbirləri görüb”, - mənbə bildirib.

Xatırladaq ki, noyabrın 27-də “Həyat Təhrir əş-Şam” qruplaşmasının silahlıları Suriyanın Hələb və İdlib əyalətlərinə hücuma keçib. Dekabrın birində onlar Hələb şəhərini ələ keçirib. Bununla belə, hazırda şiddətli döyüşlər davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Suriya  


Bizi "telegram"da izləyin