Ukrayna 2025-ci ildə orduya 30 min uzun mənzilli PUA tədarük edəcək

2024/12/1733484391.jpg
Oxunub: 484     16:25     06 Dekabr 2024    
Ukrayna-Rusiya müharibəsi ballistik və uzun mənzilli raketlərin tətbiqi ilə yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Ukrayna Müdafiə Nazirliyi özünün yeni nəsil Pilotsuz Uçuş Aparatlarını (PUA) təqdim edib.

Ordu.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi 2025-ci ildə Ukrayna ordusuna 30 min yeni nəsil PUA təhvil veriləcəyini bildirib.

Qeyd edilir ki, PUA-lar uzun mənzillidir və dərin zərbələr endirmək qabiliyyətinə malikdir.

Rusiyanın Ukraynanın şərqində sürətlə irəliləməsi və “Oreşnik” ballistik raketindən istifadə etməsi ilə Ukrayna havadan müdafiəni təkmilləşdirmək və hücum gücünü artırmaq üçün yeni yollar axtarır.

NATO-dan 19 yeni hava hücumundan müdafiə sistemi tələb edən Ukrayna yeni hərbi sənayesini də inkişaf etdirməyə başlayıb.

Ukrayna Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Ukrayna müdafiə sənayesi xarici sərmayəçilərin töhfəsi ilə yeni nəsil, uzun mənzilli PUA-ların istehsalına başlayıb.

PUA-ların yeni nəsil texnologiyaya uyğun olduğu, avtonom əməliyyat qabiliyyəti ilə hədəfi birbaşa vurmaq qabiliyyətinə sahib olduğu bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   PUA  


Bizi "telegram"da izləyin