Finlandiya NATO-nun Ukrayna üzrə missiyasına qoşulacaq

2024/12/1733459459.jpg
Oxunub: 361     02:16     06 Dekabr 2024    
Finlandiya NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim (NSATU) missiyasında iştirak edəcək və 6 hərbçi göndərəcək.

Ordu.az-ın xəbərinə görə, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunur ki, müvafiq qərarı dünən ölkə Prezidenti Aleksander Stubb təsdiqləyib.

Xatırladaq ki, NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim (NSATU) proqramının yaradılmasına iyul ayında Alyansın Vaşinqtonda keçirilən sammitində qərar verilib. NSATU Ukrayna üçün planlaşdırma və maddi-texniki dəstəyi koordinasiya və təmin edir, eləcə də müttəfiq ölkələrdə Ukrayna üçün təlimlərə nəzarəti həyata keçirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna  


Bizi "telegram"da izləyin