Tokayev və Tramp arasında telefon danışığı baş tutub

2024/12/1733459338.jpg
Oxunub: 308     01:42     06 Dekabr 2024    
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Tokayev Trampı prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Siyasətçilər ticarət, sərmayə və nüvə silahlarının yayılmaması sahəsində strateji tərəfdaşlığın intensiv inkişafına qarşılıqlı sadiqliyi təsdiqləyiblər.

Qazaxıstan Prezidenti beynəlxalq gündəmin ən aktual məsələlərlə bağlı ölkəsinin mövqeyini açıqlayıb.

Prezidentlər ikitərəfli əməkdaşlığın yüksək dinamikasını saxlamaq məqsədilə müntəzəm əlaqələr qurmaq barədə razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tokayev   Tramp  


Bizi "telegram"da izləyin