Hələbdə telefon əlaqəsi kəsilib

2024/12/1733414967.jpg
Oxunub: 395     19:56     05 Dekabr 2024    
Suriyanın Hələb vilayətində üsyançıların telekommunikasiya infrastrukturuna hücumları nəticəsində telefon əlaqəsi kəsilib.

Ordu.az xəbər verir ki, bu barədə Suriyanın milli operatoru “Syrian Telecom” sosial şəbəkədəki səhifəsində bildirib.

“Syrian Telecom” mərkəzi və şimal bölgədəki telefon stansiyalarına terror hücumları nəticəsində rabitənin dayandırıldığı barədə Hələb vilayətinin sakinlərinə məlumat verməyə məcburdur”, - məlumatda deyilir.

Xatırladaq ki, noyabrın 27-də “Cəbhət ən-Nüsrə” qruplaşması və onun müttəfiqləri Suriyanın şimalında Hələb və digər yaşayış məntəqələrinə genişmiqyaslı hücum həyata keçirib. Daha sonra ölkənin Silahlı Qüvvələrinin komandanlığı ordunun bölmələrini yenidən toplamaq və əks-hücuma hazırlamaq üçün Hələbdən geri çəkilməyə məcbur olduqlarını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hələb   Suriya  


Bizi "telegram"da izləyin