Suriya ordusu Həma şəhərindən geri çəkilir

2024/12/1733048432.jpg
Oxunub: 468     17:24     05 Dekabr 2024    
Suriya hökumət qüvvələri strateji əhəmiyyətli Həma şəhərindən geri çəkilir.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı Suriya dövlət KİV-nə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, hökumət qüvvələrinin Həmadan geri çəkilməsi, ötən həftə Suriyanın ən böyük şəhəri olan Hələbi nəzarətə götürən üsyançıların ikinci böyük qələbəsi olub.

CNN vurğulayıb ki, Həma Suriyanın qərb və mərkəzi hissələrində logistik marşrutların kəsişməsində strateji mövqe tutaraq, paytaxt Dəməşq və Hələb arasında birbaşa təchizat xətlərini təmin edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Həma  


Bizi "telegram"da izləyin