Ukrayna Aİ ilə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi haqqında saziş imzalayıb

2024/12/1733394719.jpg
Oxunub: 331     14:26     05 Dekabr 2024    
Ukraynanın maliyyə naziri Sergey Marçenko ölkə üçün kredit əməkdaşlığı mexanizminin (Ukraine Loan Cooperation Mechanism – ULCM) yaradılması haqqında saziş imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Mexanizm Ukraynanın aldığı 45 milyard avro vəsaitə xidmət göstərilməsi və ödənilməsi üçün hüquqi baza yaradacaq.

Mexanizm Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin G7 ölkələrinin Ukrayna Təşəbbüsü çərçivəsində tərəfdaşlardan götürdüyü kreditin əsas məbləğinin, həmçinin faizlərin və kreditlə bağlı hər hansı digər xərclərin ödənilməsi üçün istifadə edilməsinə imkan verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna     Rusiya  


Bizi "telegram"da izləyin