Almaniyada polis bomba təhlükəsi səbəbindən məhkəmə binasını təxliyə edib

2024/06/666f8-1718599064.jpg
Oxunub: 287     14:15     05 Dekabr 2024    
Almaniya polisi Haylbronn şəhərində (Baden-Vürtemberq federal torpağı) bomba təhlükəsi ilə əlaqədar əyalət məhkəməsinin binasından insanları təxliyə edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Focus-online” məlumat yayıb.

Bildirilib ki, xüsusi təlim keçmiş it partlayıcı maddələrin olması ehtimalı barədə siqnal verib.

Qeyd edək ki, məhkəmədə sinaqoq yaxınlığında terror aktı törətməyi planlaşdıran 25 yaşlı şəxsin məhkəməsi davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Bomba  


Bizi "telegram"da izləyin