İlon Mask kosmik stansiyanı məhv edəcək: 843 milyon dollarlıq müqavilə

2024/12/1733387836.jpg
Oxunub: 390     13:46     07 Dekabr 2024    
İlon Maskın kosmik şirkəti “SpaceX” NASA-nın Beynəlxalq Kosmik Stansiyasını (BKS) təhlükəsiz şəkildə məhv etmək üçün 843 milyon dollarlıq müqaviləni qazanıb.

Ordu.az xəbər verir ki, 2030-cu ildə istismardan çıxarılacaq BKS “SpaceX”in “Dragon” kosmik gəmisi ilə Yerə istiqamətləndiriləcək, idarə olunan şəkildə atmosferdə parçalanaraq okeana düşəcək.

“SpaceX” BKS-i məhv etməyə kömək etmək üçün müqaviləni qazanıb və bu, gözləniləndən daha tez baş verəcək.

1998-ci ildə qurulan BKS NASA, “Roscosmos” (Rusiya), ESA (Avropa), JAXA (Yaponiya) və CSA (Kanada) arasında əməkdaşlıq çərçivəsində yaradılıb.

BKS Yerin orbitindən təxminən 400 km yüksəklikdə başqa heç bir yerdə aparıla bilməyəcək təcrübələrin aparılmasına imkan verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   SpaceX  


Bizi "telegram"da izləyin