Qətər Yunanıstan HHQ komandanını F-15 ilə uçurub - VİDEO

2024/12/1733386236.jpg
Oxunub: 564     16:09     05 Dekabr 2024    
Son zamanlar artan Yunanıstan-Qətər münasibətlərində yeni səhifə açılıb.

Ordu.az xəbər verir ki, Qətərə rəsmi səfər edən Yunanıstan Hərbi Hava Qüvvələri (HHQ) komandanı general-leytenant Demosthenes Qriqoriadis Qətər HHQ-yə məxsus F-15QA tipli döyüş təyyarəsi ilə uçuş həyata keçirib.

Qriqoriadis Qətər HHQ-nin komandanı general-mayor Məhəmməd bin Abdulla Əl-Dosarinin rəsmi dəvəti ilə noyabrın 27-28-də Qətərə gedib. Təmaslardan sonra yunan general “Al Udeid” aviabazasına aparılıb.

Burada yunan komandanı F-15QA tipli döyüş təyyarəsinə mindiriblər. 2 ədəd F-15QA ilə qol uçuşu həyata keçirilib.


Səfərin və uçuşun görüntüləri Yunanıstan HHQ tərəfindən paylaşılıb.

Qeyd edək ki, ABŞ hökuməti 2016-cı ildə Qətərə 21,1 milyard dollara 72 ədəd F-15QA döyüş təyyarəsinin satışına icazə verib. Satışın ilk mərhələsində Qətərə ümumilikdə 36 ədəd F-15QA tədarük ediləcək. Bu təyyarələrlə Qətər mühüm bir güc əldə edib.

HHQ-sini modernləşdirən Qətər öz inventarına F-15QA-larla yanaşı, “Eurofighter” və “Rafale” tipli döyüş təyyarələrini də əlavə edib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Yunanıstan   HHQ  


Bizi "telegram"da izləyin