Suriyada müxalif qüvvələr qabaqcıl Rusiya radarını ələ keçiriblər

2024/12/2024--1733386031.jpg
Oxunub: 569     15:46     05 Dekabr 2024    
Suriyada müxalif qüvvələr Həma bölgəsində Rusiyanın qabaqcıl “Podlet-K1” aşağı hündürlükdə müşahidə radarını ələ keçiriblər.

Ordu.az xəbər verir ki, Suriyada rejim və müxalif qüvvələr arasında qarşıdurmalar tam sürətlə davam edərkən, müxalif qüvvələr Rusiyanın qabaqcıl Hava Hücumundan Müdafiə (HHM) radar sistemi olan “Podlet-K1”i Həma oxunda ələ keçiriblər.

“Podlet-K1” xüsusilə aşağı hündürlükdən gələn təhlükələri, pilotsz uçuş aparatlarını və qanadlı raketləri aşkar etmək üçün istifadə edilən yüksək texnologiyalı radar kimi tanınır.

Ələ keçirilən bu radar Rusiyanın S-400 HHM sistemi ilə inteqrasiya olunmuş şəkildə işləyir və aşağı hündürlükdəki təhlükələri erkən aşkar etməyə imkan verir. O da məlumdur ki, “Podlet-K1” Rusiyanın “Hmeymim” aviabazasının təhlükəsizliyində mühüm rol oynayır.

Suriya rejiminin 25-ci Xüsusi Təyinatlı Diviziyasına məxsus bazada yerləşən Rusiya istehsalı müasir “Podlet-K1” aşağı hündürlükdə radar sisteminin müxalif qüvvələr tərəfindən ələ keçirilməsinin rejim üçün ciddi taktiki itkiyə səbəb olduğu düşünülür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Rusiya  


Bizi "telegram"da izləyin