Ordu.az xəbər verir ki, bu çərçivədə şirkət “Eurofighter Typhoon” döyüş təyyarələri üçün hazırlanmış ən müasir “Captor-E” AESA radarını sınaqdan keçirməyə başlayıb.
İspaniyada həyata keçirilən bu uçuş sınaqları İspaniya Hərbi Hava Qüvvələrinin (HHQ) “Halcon” proqramı çərçivəsində başlanıb. “Halcon” proqramına “Tranche 4” standartına uyğun istehsal olunacaq 20 yeni “Eurofighter Typhoon” döyüş təyyarəsinin tədarükü daxildir.
“Halcon” proqramına təkcə yeni təyyarələrin alınması deyil, həmçinin İspaniya HHQ-nin mövcud “Tranche 3A Eurofighter” parkından ən azı 5 təyyarənin “Captor-E Mk 1” radarı ilə modernləşdirilməsi daxildir.
Bu modernləşdirmə təyyarələrin əməliyyat effektivliyini artıraraq, onları gələcəyin “hava-hava” döyüş tələblərinə hazır vəziyyətə gətirəcək.
Sevinc Əliyeva
Ordu.az