KİV: Ukrayna Rusiya ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu elan edəcək

2024/12/1733380613.jpg
Oxunub: 330     10:10     05 Dekabr 2024    
Ukrayna yaxın vaxtlarda Rusiya ilə danışıqlara və yekunda sülh müqaviləsi imzalamağa hazır olduğunu elan etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə yazı “The Wall Street Journal” nəşrində dərc olunub.

Müəllif həmçinin Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermakın bir müddət əvvəl Vaşinqtona səfəri zamanı yeni seçilmiş prezident Donald Trampın Seçki Qərargahının nümayəndələri ilə görüşdüyünü yazıb.

Qeyd edək ki, hələ seçki kampaniyası zamanı Ukrayna münaqişəsinə son qoymaq niyyətini açıqlayıb. Bundan sonra Ukrayna lideri Vladimir Zelenski D. Tramp vəzifəsinin icrasına başladığı andan ölkəsinə dəstəyin dayandırılacağı ilə bağlı narahatlığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin